17 Oktyabr 2025 / 06:41

ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyəcək – Tramp

ABŞ prezidenti oktyabrın 16-da Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını yüksək qiymətləndirib

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, Vaşinqton indiki vaxtda Moskvaya qarşı sanksiyaları sərtləşdirməyəcək və Rusiya prezidenti Vladimir Putinlə oktyabrın 16-da telefon danışığını yenidən tərifləyib.

“Mən heç nəyə qarşı deyiləm. Sadəcə onu deyirəm ki, bəlkə də doğru zaman deyil”, – deyə o, Konqresin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsini qəbul etmə ehtimalına toxunub.

Tezadlar.az xəbər verir ki, senat çoxluğunun lideri Con Tunun (Cənubi Dakota ştatı) bu qanun layihəsinin qəbulu istiqamətində işləməyin vaxtının çatması ilə bağlı fikirlərini şərh edən Tramp vurğulayıb: “Görəcəyik. Onun Putinlə söhbətdən hələ xəbəri yoxdur. Onunla daha sonra danışacağam. Və bu, (qanun layihəsinin qəbulu – RED.) nə etmək istədiyimizdən asılı olacaq.” “Bu, elə məhsuldar söhbət ola bilər ki…”, –  Amerika lideri deyib, lakin fikrini tamamlamayıb. “Biz sülhə nail olmaq istəyirik”, – o əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!