Əsas məzmuna keç

ABŞ Səudiyyə Ərəbistanına Husi hücumlarını “şiddətlə” pisləyir

ABŞ Dövlət Katibi Marko Rubio ABŞ-ın Səudiyyə Ərəbistanına qarşı son Husi hücumlarını “şiddətlə” pislədiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Rubio bu açıqlamanı sosial media hesabında edib.

O, ABŞ-nin dünən Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum da daxil olmaqla, Səudiyyə Ərəbistanına son Husi hücumlarını “şiddətlə” pislədiyini bildirib və ölənlərdən birinin ABŞ vətəndaşı olduğunu qeyd edib.

Rubio vurğulayıb ki, bu hücumlar “mülki əhalinin həyatına etinasızlıq göstərir” və sona çatdırılmalıdır, Səudiyyə Ərəbistanına və hücumlarda həyatını itirənlərin ailələrinə başsağlığı verir.

ELBAR  

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…