Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı ölkələri ilə koordinasiya olmadan ABŞ-nin təklifi əsasında Rusiya-Ukrayna müharibəsini bitirməyin mümkünsüz olduğunu deyib. Tezadlar.az CNN- ə istinadla bildirir ki, Makron jurnalistlərə Yohannesburqda keçirilən “G20” sammiti çərçivəsində belə deyib. Sitat: “Bu plan hələ avropalılarla razılaşdırılmayıb və o, avropalıları narahat edən bir çox müddəaları ehtiva edir. Dondurulmuş aktivlər Avropanın əlindədir, Ukraynanın Avropaya inteqrasiyası Avropanın əlindədir və NATO-nun gördüyü işlər təşkilatın üzvlərinin əlindədir. Buna görə də bir çox şeylər var ki, sadəcə olaraq Amerikanın daha geniş koordinasiya tələb edən təklifi ola bilməz”.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynada nizamlanma planının hələ yekun olmadığını açıqlayıb. Yəni, əlavə şərtlər də ola biləcək…
A.Məmmədli