Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“ABŞ hökuməti Ukraynadakı müharibənin sülh yolu ilə sona çatmasına çox yaxındır…”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq “Fox News”a müsahibəsində belə deyib. Sitat: “Həmişə deyirik ki, hədəfə qədər son 10 metr ən çətinidir. Biz indi iki metr aralıdayıq; demək olar ki, oradayıq”,-deyə, o bildirib.
O, bəzi dəqiqləşdirmələrin vacibliyini qeyd edərək, Vaşinqtonun planını “yaxşı” adlandırıb: “Bu, yaxşı plandır. Orada sadələşdirilməli və daha yaxşı izah edilməli olan şeylər var, lakin biz demək olar ki, oradayıq. Düşünürəm ki, [Ukrayna] prezidenti Volodimir Zelenski Birləşmiş Ştatlara gələndə, o, çox güman ki, bunu edəcək, lakin heç bir zəmanət olmasa da, bu planın yaxşı hesab ediləcəyi şansı olacaq”.
Zelenski isə xalqa son müraciətində ABŞ- ın bu məsələdəki mövqeyinə şübhə ilə yanaşdığını dilə gətirərək “Biz heç vaxt torpaqlarımızın itirilməsi ilə əldə ediləcək sülhə razı olmayacağıq!”.