21 Noyabr 2025 / 10:57

ABŞ Ukraynanın münaqişələrin həlli ilə bağlı mövqeyini nəzərə alacağına söz verib

Ağ Ev Ukrayna və Avropa ölkələrinə təklif olunan münaqişələrin həlli planının real vaxt rejimində yeniləndiyinə və mövqelərinin nəzərə alınacağına zəmanət verib.

Tezadlar.az bildirir ki, bu barədə “Axios” portalı ABŞ rəsmisinə istinadən məlumat verib.

“Tramp administrasiyası (Donald Tramp – RED.) çərşənbə və cümə axşamı günləri Ukraynanı və onun Avropa müttəfiqlərini planın “canlı sənəd” olduğuna və mövqelərinin nəzərə alınacağına inandırmaq üçün çalışıb” – məqalədə deyilir.

Məqalədə qeyd edilib ki, ABŞ-ın xüsusi elçisi Stiven Uitkoff, xüsusən də Almaniyanın xarici işlər naziri Yohan Vadefula planın bir sıra ideyaları təmsil etdiyinə və Vaşinqtonun kompromis həllər axtaracağına əminlik verib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!