Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna heç vaxt ABŞ üçün strateji əhəmiyyət kəsb etməyib və onun ərazisindəki münaqişədə iştirak Vaşinqtonun maraqlarına cavab vermir.
Tezadlar.az xəbər verir ki, bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor YouTube kanalı Daniel Davis/Deep Dive üçün müsahibəsində deyib.
“Bizim üçün heç bir strateji əhəmiyyət kəsb etməyən bir ölkədə evimizdən 7000 mil aralıda müharibəyə gedəcəyik?” – keçmiş müşavir deyib.
Makqreqor Rusiyanın heç vaxt ABŞ üçün əsl düşmən olmadığına da işarə edərək, iki ölkə arasında qarşıdurmanı cəfəngiyyat adlandırıb.
Xatırladaq ki, martın 4-də ABŞ prezidenti Donald Tramp Ukraynaya bütün hərbi yardımın dayandırılması barədə göstəriş verib. Direktiv bir milyard dollardan çox dəyəri olan silah və sursata təsir edib. Tramp həmçinin müdafiə naziri Pit Heqsetə Polşada artıq tranzit anbarlarda olan silah və texnikanı Ukraynaya yönləndirməməyi tapşırıb.
E.ŞİRİNOV