Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Lakin Kiyev bəzi məqamlarla qəti şəkildə razılaşmır
Ağ Ev administrasiyası Kiyev lideri Vladimir Zelenskinin 27 noyabr Şükranlıq günündən əvvəl Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üçün təklif etdiyi sülh planını imzalamasını gözləyir.
Tezadlar.az xəbər verir ki, “The Financial Times” bu barədə 20 noyabrda Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
“Amerika rəsmiləri Zelenskinin gələn həftə ‘Şükranlıq günündən əvvəl’ müqaviləni imzalamasını gözləyirlər ki, o, sülh müqaviləsini bu ayın sonunda Moskvada təqdim edə bilsin”, – məqalədə deyilir.
Nəşrin mənbələrinə görə, Ağ Ev bütün prosesi dekabrın əvvəlinə qədər başa çatdırmağı hədəfləyir. Lakin bu sənədin imzalanma ehtimalı olduqca aşağıdır, çünki Kiyev bəzi məqamlarla qəti şəkildə razılaşmır.
Bu fonda Kiyev hakimiyyəti Amerika tərəfi üçün öz təkliflərini hazırlayır.
Bir gün əvvəl, 20 noyabrda Kerolin Livitt ABŞ prezidenti Donald Trampın Ukrayna məsələsinin həlli üçün yeni bir planı dəstəklədiyini bildirib.
Ağ Ev həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ Dövlət katibi Marko Rubionun planın hazırlanmasında iştirak etdiyini bildirib.
Lakin Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Vaşinqton arasında birgə planın mövcudluğunu təsdiqləməyib.
E.ŞİRİNOV