Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aktyor, tele-aparıcı, rejissor, ssenarist Sərxan Kərəmoğlu uzun illərdir fəaliyyəti dayandırılmış ANS telekanalı və “Bakı film” haqda iddialar səsləndirib.
Tezadlar.az xəbər verir ki, Sərxan Kərəmoğlu “Öz aramızda” proqramında “Acılar bitməz” filmi zamanı yaşanan qalmaqaldan danışıb.
Onun sözlərinə görə, filmin çəkilişləri zamanı pullar ödənilməyib:
“Biz işlədib pulunu verməməyi sevirik. Orada böyük aktyorlar rollara çəkilib. Aktrisa Vəfa Zeynalovanın anasını evinə xərc qoyuldu, çatışmayanlar düzəldildi. Nələr etdik… Amma baxdım ki, 2 aydır buradayıq, kirayə pulu verilmir. Gülnar Salmanova kimi xəstə qadının evində bir ay çəkiliş etdik. 100 manatlıq işıq istifadə olundu. Biz onun evinin, işığın pulunu vermədik. ANS kanalı və “Bakı film” şirkəti pulu götürdü və heç kimə vermədi. Vaqif adlı prodüser var idi, nə qədər haqq yeyildi”.
Qeyd edək ki, Sərxan Kərəmoğlu 2009-cu ildə lentə alınmış “Acılar bitməz” bədii filminin quruluşçu rejissoru olub və Orxan obrazını canlandırıb.