Fransa prezidenti Emmanuel Makronun nüvə silahı haqqında danışması yaxın vaxtlara qədər tabu olan “normalarların bulanıqlaşması”dır.
Tezadlar.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi deyib.
“Bir neçə il əvvəl nüvə silahı ilə bağlı bu müzakirə tabu olardı… Amma indi bəzi ölkələrdə belə söhbətlər gedir. Bu, normaların daima bulanıqlaşmasıdır”, – “RİA Novosti” “Bloomberg”-ə istinadən onun sözlərini sitat gətirib.
Bundan əvvəl Makron bütün Avropa İttifaqını qorumaq üçün ölkənin nüvə silahından istifadə ilə bağlı müzakirələr açmağa qərar verdiyini bildirmişdi. O, nüvə silahlarının gücünün “dəli” olduğunu, ona görə də “denuklearizasiya baş versəydi, yaxşı olardı” deyib.
ELBAR