AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XVII turunun oyunlarında qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Tezadlar.az-ın məlumatına görə, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, “İmişli” – “Araz-Naxçıvan” (2:2) və “Sabah” – “Karvan-Yevlax” (4:1) matçlarındakı ümumilikdə 5 mübahisəli epizodu dəyərləndirib.
Mütəxəssis hakimlərin həmin vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib.







