ABŞ administrasiyası Antifa antifaşist hərəkatı ilə əlaqəli dörd Avropa qrupunu beynəlxalq terror təşkilatları siyahısına əlavə edib.
Tezadlar.az xəbər verir ki, bəyanat ABŞ Dövlət Departamentinin veb saytında dərc edilib.
Siyahıya Almaniyada yerləşən Antifa Ost təşkilatı (sənəddə Hammerbande kimi də qeyd olunur), İtaliya Qeyri-rəsmi Anarxist Federasiyası/Beynəlxalq İnqilab Cəbhəsi və Yunanıstan Silahlı Proletar Ədalət və İnqilab Sinfi Özünümüdafiəsi daxildir.
ABŞ Maliyyə Nazirliyi qeyd edir ki, bütün bu qruplar başqa adlarla tanınır. Bəyanata görə, ABŞ bu təşkilatları beynəlxalq terrorizmlə mübarizə tədbirlərinin bir hissəsi olaraq istifadə edilən sanksiyalar siyahısına da əlavə edəcək.
Dövlət Departamenti hesab edir ki, bu qrupların üzvləri əvvəllər zorakılığa əl atıblar.
E.ŞİRİNOV

