Nobel Sülh Mükafatının ABŞ prezidenti Donald Trampa yox, Venesuelalı müxalifətçiyə verilməsi qərarı onun siyasiləşməsindən xəbər verir.
Tezadlar.az xəbər verir ki, bu barədə Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çanq sosial media platformasında bildirib.
“Nobel Komitəsi sübut etdi ki, o, siyasəti sülhdən üstün tutur”, – o yazıb.
Daha əvvəl Mükafat Komitəsi elan etmişdi ki, builki Nobel Sülh Mükafatı Venesuelanın müxalifət lideri Maria Korina Maçadoya verilib.
“Mariya Korina Maçado Nobel Sülh Mükafatını Venesuela xalqının demokratik hüquqlarının təbliğində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid uğrunda apardığı mübarizəyə görə alır”, – bəyanatda deyilir.
Bundan əvvəl “Financial Times” xəbər vermişdi ki, Tramp Nobel Sülh Mükafatı komitəsinin qərarına təsir etmək üçün İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında müqavilə bağlamağa tələsir.
E.ŞİRİNOV

