Ağ Ev Putin-Tramp görüşü ilə bağlı açıqlama yayıb

Vaşinqton hesab edir ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında yeni görüş gündəmdə qalır, Ağ Evin mətbuat katibi Karolin Levitt ənənəvi brifinqdə bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Oktyabrın 16-da telefon danışığı zamanı Rusiya və ABŞ liderləri Budapeştdə ikitərəfli sammit keçirmək qərarına gəliblər. Macarıstan rəsmiləri dərhal tədbirə hazırlığa başlayıblar.

Lakin oktyabrın 23-nə keçən gecə Tramp bir sıra şərtlərə görə görüşü ləğv etdiyini açıqlayıb və sonradan məsələyə yenidən baxacağına söz verib.

“İki lider arasında görüş tam olaraq gündəmdən çıxarılmayıb. Düşünürəm ki, prezident Tramp və bütün ABŞ administrasiyası bunun bir gün baş tutacağına ümid edir. Bununla belə, biz bunun nəzərəçarpacaq, müsbət nəticəsi olmasını, prezidentin vaxtından yaxşı istifadə etməsini təmin etmək istəyirik”, – Levitt izah edib. Zelenski Trampın Putinlə görüşünü pozanın məhz onun olduğunu iddia edib.

Bundan əvvəl Vroslav Universitetinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Maqdalena Qornika-Partika Trampın Budapeştdə Putinlə görüşünün ləğv edilməsinin arxasında ABŞ dövlət katibi Marko Rubionun olduğunu ehtimal etmişdi.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.