ABŞ Prezidenti Donald Trampın administrasiyası dövlət başçısının 2025-ci ilin avqustundan noyabrına qədər apardığı maliyyə əməliyyatları barədə məlumat yayıb.
Tezadlar.az RBK-yə istinadən xəbər verir.
ABŞ Hökumət Etikası Ofisinin məlumatına görə, bu dövrdə ən azı 82 milyon dollar dəyərində istiqrazlar alınıb.
İnvestisiya portfelinə Netflix, UnitedHealth Group, Boeing, Meta Platforms, Home Depot, Broadcom və Intel kimi iri korporasiyaların qiymətli kağızları daxildir. Qeyd edək ki, bu şirkətlərin bəziləri əvvəllər Tramp administrasiyası tərəfindən tənqid olunub. Bundan əlavə, ABŞ şəhərləri, məktəb rayonları və səhiyyə müəssisələri tərəfindən buraxılan bələdiyyə istiqrazları alınıb.
Ağ Ev rəsmiləri bütün maliyyə əməliyyatlarının müstəqil idarəetmə şirkəti vasitəsilə aparıldığını və prezidentin özünün və ailə üzvlərinin konkret aktivlərin seçilməsində iştirak etmədiyini vurğulayıblar. Bütün hesabatlar federal etika orqanları tərəfindən nəzərdən keçirilib və qanuni tələblərə tam uyğundur.
2025-ci ilin yanvar ayında vəzifəyə başladığı gündən bəri Tramp ümumi dəyəri 100 milyon dollardan çox olan 600-dən çox istiqraz əməliyyatı həyata keçirib. Analitiklər hesab edirlər ki, bu investisiyalar prezidentin 7,66 milyard dollar dəyərində qiymətləndirilən xalis sərvətinin əhəmiyyətli dərəcədə artması fonunda strateji aktivlərin şaxələndirilməsini təmsil edir.
E.ŞİRİNOV
