Əsas məzmuna keç

Ağardıcı krem 4 nəfəri xəstəxanalıq etdi

Türkiyənin Van bölgəsində ağardıcı krem 4 nəfəri xəstəxanalıq edib.

“Tezadlar.az” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, onlayn olaraq satılan məhsul istifadə edən şəxslərin dərisini yandırıb.

Eyni şikayətlə 4 nəfər xəstəxanaya yerləşdirilib.

28 yaşlı zərərçəkən bildirib ki, yaxın ətrafında da bu kremdən istifadə edənlər olub: “Bu ağardıcı məhsulu istifadə edənlər var idi. Onlara güvənib aldım. İlk istifadə etdiyim zaman heç bir əks təsir görmədim. Lakin istifadəni dayandırdıqdan təxminən 5 gün sonra bu problemlər, qızartılar, yanıqlar əmələ gəldi”.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…