Qarqar çayı üzərkndə yerləşən və Ergi qəsəbəsi ərazisində yaşayan minlərlə köçkün əhalini ətraf ərazi ilə birləşdirən körpü uçub və yol faktiki bağlanıb. Şahidlərin bildirdiyinə görə, hadisə son dövrlərdə davam edən yağıntılardan sonra çaydakı sululuğun artmasından sonra baş verib. Hazırda isə körpü bağlı olduğundan Ergi qəsəbəsinin sakinləri alternativ yoldan keçirlər. Lakin güclü yağıntılar olarsa, yol tamamilə bağla bilər və bu ərazi ilə əlaqə faktiki kəsilə bilər.
İki gün əvvəl sakinlərin şikayət və müraciətindən sonra ərazidə olarkən vəziyyəti canlı olaraq gördük.
Onu da qeyd edək ki, Qarqar çayından Ergi qəsəbəsinədək olan 8 km- lik yol 90- cı illərdən biabırçı vəziyyətdədir. Biz də qəsəbəyə getmək üçün çayın sahilinədək gələrək yük maşınlarından istifadə etməli olduq, çünki adi avtomobillərlə bu yolu getmək mümkünsüzdür.
Bildiyimiz qədər bu yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xətti ilə dövlət büdcəsinin vəsaiti hesabına əsaslı təmir ediləcək. Lakin yol təsərrüfatında istifadə edilən və “Qreyder” kimi tanınan texnika lazımdır ki, bu yol əsaslı təmirinədək üst hissəsini qaşıyıb normal hərəkət üçün istifadəyə verilsin. Ağdam- Füzuli avtomobil yolunun Mərzili- Ergi qəsəbəsi hissəsi də indiyədək- işğal dövründə dağılmış vəziyyətdə idi. Lakin son vaxtlaf yuxarda qeyd etdiyimiz kimi, xüsusi texnika vasitəsilə yolun üst hissəsi qaşınıb normal hala gətirilmişdir. Ergi qəsəbəsinə gedən yolu da bu qayda ilə normal hala gətirmək olar.
Nə isə, aşağıda yolun hazırkı vəziyyətini əks etdirən vide və fotogörüntünü təqdim edirik:
(Ağdam- Ergi- Bakı)