Əsas məzmuna keç

AĞDAŞDA NARKOTİKLƏ BAĞLI 4 NƏFƏR SAXLANILDI

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, tədbirlərlə rayon sakinləri – Elnur Əhmədzadə, Elvin İsmayılov, İlqar Ələkbərov və Elman Kərimov saxlanılıblar. Onların yaşadıqları ünvanlardan və idarə etdikləri avtomobillərdən ümumilikdə 2 kiloqram marixuana aşkar olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…