Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət elan edilib. Tezadlar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
***
Xatırladırıq ki, Orxan Hüseynzadə ikinci icra başçısıdır ki, Prezident sərəncamı ilə şiddətli töhmət alır. İlk dəfə pandemiya dövründə isə İsmayıllının icra başçısı Nahid Bağırov Prezident Sərəncamı ilə töhmət almışdır.
Ümumiyyətlə isə, indiyədək ona yaxın icra başçısı Prezidentin etimadını doğrultmayaraq korrupsiya ilə məşğul olduqları səbəbindən DTX-nin xüsusi əməliyyatı ilə həbs ediliblər. Onların arasında həbsxanada ölənlər də var. Bu da siyahı:

O, korrupsiya əməllərində ittiham olunur. Qeyd edək ki, M.Şəkiliyev Azərbayanda saxlanılan ilk icra başçısı deyil. Belə ki, müxtəlif dövrlərdə hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın bəzi rayonlarında bu kimi əməliyyatlar həyata keçirilib. Bir neçə icra başçısı həbs edilib.

Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev 2019-cu ildə müavini Ramiz Tatarovla birlikdə həbs edilmişdi. O, 2021-ci ildə koronavirusdan vəfat edib. Ramiz Tatarov isə bir müddət əvvəl şərti azadlığa buraxılıb.

Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov da 2019-cu ildə saxlanılıb. O, 2023-cü ildə azadlığa buraxılıb, bir müddət sonra isə vəfat edib.

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev isə 2020-ci ildə tutulub. Onun cəzası 10 ildən 6 il 2 aya qədər azaldılıb.

İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev 2020-ci ildə DTX tərəfindən saxlanılıb. Ona 12 il həbs cəzası verilsə də, Ali Məhkəmə cəzanı 8 il 6 aya endirib.

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev də 2020-ci ildə saxlanılıb. O, 11 illik həbs cəzasına məhkum edilsə, Ali Məhkəmə cəzanı 8 il 3 aya qədər azaldıb.
***
2020-ci ildə həbs olunan daha bir rayon rəhbəri isə Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalovdur. Cəzası 12 ildən 11 il 9 aya endirilən N.Zeynalov hazırda həbsdədir.

Kürdəmir rayonunun sabiq icra başçısı Ceyhun Cəfərov da həbs həyatı yaşayıb. Belə ki, o, 2020-ci ildə həbs olunub. 2025-ci ildə isə azadlığa çıxıb.

2021-ci ildə həbs olunan Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədova isə 11 il 6 ay həbs cəzası verilmişdi. Daha sonra onun cəzası 10 ilə endirilib…
Və çox təəssüflər olsun, həbs edilənlərin məşəqqətli və biabırçı həyatı qalan bəzi icra başçılarına dərs olmur!
“Təzadlar”







