Ağdərədə 32 ildən sonra ağdərəli olmaq xöşbəxtliyi!

Oxunma sayı: 94

Bu gün Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb. Dövlət Qaçqınkom-dan “Təzadlar”a bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir: “…Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə kəndə 25 ailə – 91 nəfər köçürülüb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır…”.

Yurda qayıdışımız mübarək!

Xəbəri paylaş