Əsas məzmuna keç

Aİ MÜŞAHİDƏÇİLƏRİ ERMƏNİSTANDAN GETDİ, ƏVƏZİNDƏ TEXNİKİ MİSSİYA GƏLDİ – ERMƏNİLƏR ƏL –AYAĞA DÜŞÜB…

Aİ müşahidəçilərinin yeni texniki missiyası artıq Ermənistandadır.

Bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın  İctimai Televiziyasının efirində bildirib.

 O, bəyan edib ki, İrəvan öz tərəfdaşları ilə silahların alınması və suverenliyi qorumaq üçün digər mexanizmlərin həyata keçirilməsi üzərində işləyir, onlardan biri də Avropa missiyasının olmasıdır.

 Missiya hərbi xarakter daşımır, lakin o, belə imkanları ehtiva edir… Onlar getməyiblər”, – deyə  Qriqoryan vurğulayıb.

 

Təhlükəsizlik Şurasının katibi bildirib ki, oktyabrın 19-da Ermənistana gələn müşahidəçilər ölkəni tərk ediblər, lakin onların yerinə artıq yeni texniki missiya gəlib və onların vəzifəsi vəziyyəti qiymətləndirməkdir…

Xatırladaq ki, Aİ-nin Ermənistanın Azərbaycanla sərhədindəki müşahidəçi missiyası oktyabrın 17-də fəaliyyətə başlamışdı.

Y.MƏMMƏDLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…