Aİ ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcək

Oxunma sayı: 156

Aİ liderləri martın 6-da keçiriləcək fövqəladə sammitdə Avropanın Ukrayna üçün təhlükəsizlik təminatlarını və suveren müdafiə tədbirlərini müzakirə edəcəklər.

Tezadlar.az bildirir ki, bu barədə Avropa Şurasının rəhbəri Antonio Kostanın mətbuat xidməti tərəfindən dərc olunan açıq məktubda – Aİ liderləri ilə görüşə dəvətdə məlumat verilib.

“İştirakçılar Avropanın cari və gələcək təhlükəsizlik çağırışlarına cavab vermək üçün daha effektiv və daha yaxşı hazır olması üçün qısamüddətli ilk qərarların qəbul edilməsi məqsədi ilə “Avropa müdafiəsini” nəzərdən keçirəcəklər”, – Kosta qeyd edib.

“Aİ Ukrayna üçün uzunmüddətli sülhü təmin etmək üçün zəruri olan gələcək təhlükəsizlik təminatlarına töhfə verməyə hazır olmalıdır”, – Avropa Şurasının rəhbəri davam edib.

ELBAR

Xəbəri paylaş