Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa İttifaqı növbəti, 17-ci anti-Rusiya sanksiyalar paketini formalaşdırmağa başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə EUObserver portalı avropalı diplomatlara istinadən məlumat yayıb.
Portalın həmsöhbətinin sözlərinə görə, yeni məhdudiyyətlər üzərində iş “başlanıb, lakin çox erkən mərhələdədir”.
“Aİ-nin xarici siyasət xidməti və Avropa Komissiyası bunun üzərində işləyir, təkliflər yəqin ki, yayın əvvəlində açıqlanacaq”, – Aİ-nin başqa bir diplomatı bildirib.
Eyni zamanda, onların həmkarı Ukraynadakı münaqişənin həlli üçün beynəlxalq aləmdə səylərin intensivləşməsi ilə bağlı vaxta şübhə ilə yanaşdığını bildirib.
“Hazırda bu, çox spekulyativdir. Biz Rusiya ilə Ukrayna arasında danışıqların necə inkişaf edəcəyini görməliyik”, – o deyib.
Portal qeyd edir ki, Avropa bloku Macarıstanın mümkün vetosu fonunda yeni sanksiyalar paketinin razılaşdırılmasında çətinliklərlə üzləşə bilər. Budapeşt həmçinin Aİ-nin Rusiyaya qarşı yanvarın sonunda altı ay uzadılmış mövcud iqtisadi sanksiyalarının uzadılması prosesinə mane ola bilər.
ELBAR