Bu səhər Bakıda dəhşətli yol qəzası baş verib, nəticədə iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədilib. Tezadlar.az xəbər verir ki, qəza paytaxtın Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ramil Saleh oğlu idarə etdiyi “BYD” markalı maşınla hərəkətdə olan zaman “Jeely” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində sürücü R.Məmmədov və onun iki yaşı olan qız övladı hadisə yerində ölüb. Həyat yoldaşı isə aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Hazırda qadının vəziyyəti ağır olaraq qalır. Qəza ilə bağlı araşdırma aparılır.
Təbii ki, paytaxt yollarındakı tıxac digər yollarda sürücülərin tələsməsinə səbəb olur, bu isə mütləq qaydada diqqətsizliyin əsasıdır. Nəticədə sürücünün diqqəti yoldakı təhlükəsizliyə deyil, tələsməyə, bu isə ağır yol- nəqliyyat hadisələrinin törənməsinə gətirib çıxarır.
Elbar