Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin məşhur “Akasya Durağı” serialında canlandırdığı “Usman ağa” obrazı ilə tanınan Cezmi Baskın maraqlı açıqlaması ilə diqqət çəkib.
Tezadlar.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aktyor bildirib ki, vaxtilə böyük populyarlıq qazanan serial onun çox da sevdiyi layihələrdən deyil. O, hətta həmin ekran işini unutmaq istədiyini də deyib.
Cezmi Baskın son günlər serialın yenidən çəkilməsi ilə bağlı yayılan xəbərləri də şərh edib. Onun sözlərinə görə, layihənin yeni versiyasının hazırlanacağı barədə məlumatlar eşidib, lakin ilk ekranlaşdırmanın yerini heç bir variantın verə bilməyəcəyini düşünür.
Aktyor qeyd edib ki, hər bir uğurlu layihənin öz dövrü və öz ruhu olur, buna görə də orijinal versiya həmişə tamaşaçıların yaddaşında xüsusi yer tutur.
Xatırladaq ki, bir neçə ay əvvəl “Akasya Durağı” serialının yenilənmiş versiyasının “Akasya Durağı Yenidən” adı ilə sentyabr ayında tamaşaçılara təqdim olunacağı açıqlanmışdı. Yeni layihə artıq serialın pərəstişkarları arasında maraqla gözlənilir.