Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniya ordusundakı kadr çatışmazlığını aradan qaldırmaq üçün qeyri-adi bir işə qəbul kampaniyasına başlayıb.
Tezadlar.az xəbər verir ki, almanlar ölkə daxilində kabab paketlərində olan QR kodlarını skan edərək Almaniya Silahlı Qüvvələrinin səhiyyə xidmətləri bölməsində karyera imkanlarına çıxış əldə edə bilərlər.
KABAB PAKETLƏRİNDƏN ORDUYA ÇAĞIRIŞ
Almaniya ordusundakı kadr çatışmazlığını aradan qaldırmaq üçün qeyri-adi bir işə qəbul metodu tətbiq edib. Kabab paketlərinə yerləşdirilən QR kodları sayəsində müştərilər birbaşa Almaniya Silahlı Qüvvələrində karyera imkanlarına yönəldilir.
Beləliklə, kabab yeyən vətəndaşlar birdən özlərini Almaniya ordusunda karyera seçimlərini araşdırarkən tapırlar. Ordu şüarları masaların üzərindəki salfet tutacaqlarından tutmuş kabab bükülülərinə qədər bir çox yerdə yer alır.
“HƏR ŞEY DAXİL OLAN TƏK BİR KARYERA”
Bundesver, kabab sifariş edərkən istifadə edilən “hər şey daxil” alman ifadəsinə istinad edərək, “Hər şey daxil olan tək bir karyera” şüarı ilə gəncləri cəlb etməyə çalışır.
QR KOD TƏTBİQİ
Dönər kabab yeyən müştərilər qablaşdırmada “Millətə xidmət edin” mesajı ilə qarşılanır. QR kodu skan edənlər birbaşa ordunun veb saytına yönləndirilir.
Kabab dükanlarında başlayan bu reklam üsulu Almaniyada mübahisələrə səbəb olub. Sol Partiya ictimai yerlərdə bütün ordu reklamlarının dərhal qadağan edilməsini tələb edir, təhsil həmkarlar ittifaqları isə məktəblərə çatdığını iddia etdikləri bu təbliğata qarşı reaksiya verirlər.
Müxalifət iddia edir ki, ordunun gənclərin tez-tez olduğu sosial sahələri və döner kabab dükanlarını hədəf alaraq aqressiv bir metoddan istifadə edir.
HƏDƏF: 260.000 ƏSGƏR
Dönər kabab paketlərinə qədər genişləndirilən kampaniya Almaniyanın ordusunu genişləndirmək planlarının bir hissəsi kimi təqdim olunur.
İyul ayının sonuna olan məlumata görə, Alman ordusunda 186.705 aktiv personal var. Berlin hökuməti NATO-nun tutum hədəflərinə çatmaq üçün 2035-ci ilə qədər aktiv əsgərlərin sayını 260.000-dən çox artırmağı planlaşdırır.
ELBAR