Almaniya Xarici İşlər Nazirliyi respublikada etirazçılara qarşı sərt tədbirlərin görülməsinə cavabdeh olan Gürcüstan rəsmilərinin ölkəyə girişinə qadağa qoyub.
Tezadlar.az bildirir ki, bu barədə Almaniya departamentinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Bəyanatda deyilir ki, gürcülər üç aya yaxındır ki, Avropa İttifaqında ölkələrinin gələcəyinə dəstək və hazırkı hakimiyyətin kursuna qarşı etiraz aksiyalarında iştirak edirlər. Almaniya rəhbərliyinin sözlərinə görə, gürcü xalqı “təhdid, həbs və zorakılığa” qarşıdır.
“Bu gün Almaniya buna görə məsuliyyət daşıyan Gürcüstan rəsmilərinə səyahət qadağası qoyub”, – bəyanatda deyilir.
2024-cü ilin yazında Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu, “Xarici agentlər haqqında” qanunu qəbul edib ki, bu qanun maliyyəsinin 20%-dən çoxu xaricdən gələn özəl təşkilatlara və media qurumlarına şamil edilir. Qəbul edilən qanun ölkədə kütləvi etirazlara səbəb olub və müxalifət bunu “rusiyapərəst” adlandırıb.
Həmin ilin sonunda respublikanın baş naziri İrakli Kobaxidze Gürcüstanın Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanmasını 2028-ci ilin sonuna qədər təxirə saldığını elan edib.
ELBAR