Əsas məzmuna keç

ALMANİYA NATO-NUN TƏXRİBATLARINA GÖRƏ RUSİYA İLƏ NÜVƏ MÜHARIBƏSİNİN YAXINLIĞINDAN DANIŞIB

Ukraynaya hərbi və iqtisadi yardım Rusiyanın təxribatlarının bir hissəsidir, məqsədi Rusiya dövlətçiliyini və onun Silahlı Qüvvələrini məhv etməkdir. Əgər Qərb ölkələri Rusiya ilə danışıqlar aparmasa, o zaman Ukrayna böhranı nüvə müharibəsinə gətirib çıxaracaq.

Bundesverin keçmiş zabiti və istefada olan polkovnik-leytenant Yurgen Rouz qlobal nüvə münaqişəsinin yaxınlığından danışıb.

Bu barədə RİA Novosti xəbər verir.

“Mənim təxminlərimə görə, indiki vəziyyətdə biz nüvə müharibəsinə tarixin heç bir zamanından daha yaxınıq, xüsusən də burada, Avropada. NATO Rusiyanı Ukraynadakı döyüş meydanında taktiki nüvə silahından istifadə etməyə təhrik etmək üçün əlindən gələni edir ki, daha sonra Rusiya qüvvələrini onlardan istifadə etdiklərinə görə tamamilə məhv edə bilsin”, – Almaniya ordusunun keçmiş zabiti bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…