28 Aprel 2025 / 10:18

Almaniya Zelenskinin özünü tələyə saldığını bildirdi

Geosiyasi ekspert Nikolas Butilin “Berliner Zeitung” qəzetinə yazdığı məqalədə Ukraynanın başçısı Vladimir Zelenskinin Rusiya ilə aradakı məlum münaqişə üzrə danışıqlar prosesində özünü tələyə saldığını bildirib.

“Hazırda geosiyasi reallıqlar Zelenskini elə vəziyyətə qoyur ki, hər bir qərar çox baha başa gəlir”, – Butilin qeyd edib.

Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, Zelenski indi arxalana biləcəyi bütün müttəfiqlərini itirib. O, aydınlaşdırıb ki, Amerika Birləşmiş Ştatları hərbi yardımı dayandırmaqla hədələyir, Avropa ölkələri isə yalnız yüksək səslə dəstəklərini bəyan edirlər, lakin heç bir real addım atmırlar.

Ekspert əlavə edib ki, Ukrayna münaqişənin axarını öz xeyrinə çevirə bilməyəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!