Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün sosial və elektron mediada AMEA-nın Rəyasət Heyətinin elmi iclasında yuxuya getmiş alimlərin (cavanlı-qocalı) fotoları yerləşdirilib… Və tənqid də öz yerində.
Tezadlar.az xatırladır: əvvəla, burda, ancaq qoca, yəni yaşlı alimlər yatmış olsaydı, deyərdik ki, həəə, onların istirahətə göndərilmək vaxtıdır… Fotoşəkillərdə cavan alimlərin də olduğunu nəzərə alsaq, onda deməliyik ki, yoox, günah yatanlarda yox, onları yuxuya verən məruzəçidədir! Axı məruzəçi, yəqinki RH-nin sədri, AMEA-nın prezidenti İsa Həbibbəyli elə maraqlı çıxış edə bilərdi ki, hətta yatmışlar da oyanardı… Görünür, ya məruzəçi yuxulu danışıb, ya da məruzə yuxugətirən olub! Sonuncu daha dəqiqdir…
Ümumiyyətlə, elmi məruzələrdə iki şərt nəzərə alınmalıdır: çıxış qısa olmalı və ciddi maraq kəsb etməlidir! Adının çəkilməsini istəməyən, amma iclasda yatmaqdan özünü güclə saxlayan alimlərdən biri “Təzadlar”a rəsmən bildirdi ki, həqiqətən də məruzələr o qədər mənasız və uzun, tərif… üzərində qurulduğundan hamını yuxu basıb!
Başqa bir dedi-qodu söhbət də var ki, kimyaçı alimlərdən kimsə zala yuxu gətirən qaz buraxıbmış… Belə də deyirlər…
A.Məmmədli