Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Mətləbdən kənar həkim məsləhəti: tibbdə qotur xəstəliyinin (dəri və başqa yerlərin qaşınması) çoxsaylı dərmanı var. Amma ən yaxşısı kükürddür. Hələ rəhmətlik Mendeleyev kimyəvi elementləri kəşf etməmişdən çox–çox–əvvəllər, yəni qədim zamanlarda kükürd hələ məlum deyildi, amma qotur xəstəliyi olanları insanların bilmədiyi, «qotur suyu» adlandırdığı kükürdlü suya salıb çimizdirirdilər, bununla da qotur xəstəliyi, yəni qaşınma bədəndən birdəfəlik rədd olub gedərdi.
Allaha min şükür ki, indi qaşınmanın çoxsaylı müalicə üsulları və dava–dərmanı var. Kim qaşınırsa, dərhal həkimə müraciət edir və həkim də onun qaşınan yerini müayinə edib dərmanını yə azır… Amma elə qaşınma xəstəliyi də var, onun dərmanı yoxdur. Məsələn, iş yerində qaşınma, dağda–dərədə qaşınma, cəmiyyətdə qaşınma, institutda… qaşınma… Bazarda- dükanda, qohum- əqraba arasında qaşınma… Bəla ondadır ki, əgər bu qaşınma xəstəliyi iş yerindədirsə, gərək iş yerinin bütün divarları, stul və stollar, şöbələr, kabinetlər, pal–paltarlar… da dezinfeksiya oluna. Bu dezinfeksiya vaxtında olmayanda, ətrafdakılar daha pis xəstəliyə yoluxa bilər… Amma necə, bu sonrakı söhbətdir…
***
Gəlirik mətləbə: bu mövzuya heç bir halda toxunmaq istəməzdik. Amma artıq məcbur edilirik. Belə ki, AMEA Tarix və Etnologiya İnstitutunda «Azərbaycanın beynəlxalq münasibətlər tarixi» şöbəsinin əməkdaşı Şəhla Məmmədli adında bir qadın var. Yaşını dəqiq bilmirik, amma təxminən pensiya yaşına az qaldığı bəllidir… Nəvə–nəticəsinin də olduğunu bilmirik, amma bilirik ki, nəvə ilə məşğul olmalı vaxtıdır… Nə isə… Qısası, təxminən bir il əvvəl qəzetdə bu institutun “Əliyevşünaslıq» şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlının narazılıq dolu bir müsahibəsi dərc edildi… İnstitut və onun rəhbərliyi qaldı bir kənarda, Şəhla adlı bu qadın, hansı ki, nə elmi dərəcəsi var, nə bir tarixi yeniliyi, nə bir ciddi elmi məqaləsi, düşdü üstümüzə… Ki, nədi–nədi, Günel Aslanlının müsahibəsində onu iş yerində qaralayan bu xanımın adı niyə çəkilib? Müsahibin nə deyəcəyinə biz müdaxilə etməliyikmi ki, filankəsin adını niyə elə–belə çəkir! Müsahibəyə müsahib cavabdehdir!
Sonradan məlum oldu ki, Şəhla adlı bu qadın institutda xüsusi ad ad çıxarıb, hətta institutun əvvəlki direktoru, akademik Yaqub Mahmudov da onun öhdəsindən əvvəl gələ bilməyib, amma necə deyərlər, bıçaq boğaza dirənəndə direktorun əmri ilə ona 2 dəfə töhmət və şiddətli töhmət verilib… Sonra ipə–sapa yatmayan xanımın məsələsi Həmkarlar Təşkilatında müzakirə olunub və onu həmkarların sıralarından belə qovublar. Bu nə dəcəllik və nə ərköyünlükdür, siz deyin!
Hamı elə bilirdi ki, xanım bununla da sakitləşər, amma yox, əksinə, qızışıb görün neylədi: iş yoldaşı olan Günel Aslanlıya hücum çəkir, iki dəfə polisə düşür, Az. İXM–nin müvafiq maddələri ilə cəzalandırılır, iş məhkəməyə gedir və s.
Ən maraqlısı, bu xanımın iş yerindəki bu cür hərəkətlərini institutun rəhbərliyi kənardan beş ildi, sadəcə, seyr edir. Bax işi dolaşdıran da budur! Bu beş il ərzində insanları hədəf alan, kollektivdə qorxu və düşmənçilik mühiti yaradan davranışlara son qoymaq lazım idi. Ən azı, əvvəlki direktorun yolunu gedib institutun adını lazımsız yerə polisdə, məhkəmələrdə, mediada… hallandıran bu xanıma qarşı sərt tədbir görməliydilər… Amma və lakin…
xxx
…Tədbir görülmür və həvəslənən Şəhla adlı bu qadının bu dəfə Günel Aslanlıya gücü çatmır, kimlərsə onu öyrədir ki, «Təzadlar» qəzetini məhkəməyə ver… Verir də. Redaksiya vəkil tutur, təəssüflər olsun, heç bir vaxt yazılarına məhkəmələrdə pozu olmayan qəzetin bu dəfə qadın vəkili səhlənkarlığa yol verərək bu məhkəmə iddiasına ciddi yanaşmadığından birinci instansiya məhkəməsi qəzetin 500 manat cərimə ödəməsi barədə qətnamə qəbul edir… Bu qətnamədən apellyasiya şikayəti verildi, yenə də həmin xanım vəkil prosessual tələblərə səthi yanaşıb məhkəmə iclasını üzrsüz səbəbdən buraxdığından hakimlər acığa düşür, iştirakımız olmadan həmin cərimə cəzasını qüvvədə saxlayır və s.
***
İndi gəlirik əsas mətləbə: Şəhla adlı bu qadın indi isə institutun direktoru Kərim Şükürovun başı üzərindən fərqli addımlar atmağa başlayıb… Bəzi qurumlara redaksiyanı qaralayacı müraciətlər yazır, Günel Aslanlıya bata bilmir, guya redaksiyanın əsəbləri ilə oynayırmış kimi, bizi məcbur edir ki, biz də sonda institut rəhbərinin əsəbləri ilə oynayaq. Məsələn, Şəhla adlı bu qadın anonim elektron poçtdan redaksiyanın poçtuna kişi söyüşləri yazır, təhqiramiz, heç küçə uşaqlarının, narkomanların, bomjların dilə gətirmədiyi söyüşləri ilə əsəblərimizlə oynayır(onun yazışmaları DİN–nin Kiber Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə və DTX–yə göndərilib, araşdırma gedir və s).
Bu da son deyil, Şəhla gah AMEA rəhbərinə, gah da institutut direktoru Kərim Şükürovun adına məktublar yazaraq redaksiyanı şantaj edir, böhtan atır… Bu da alınmadıqda, keçir başqa təzə bir üsula. Məsələn, birdən ağlına gəlir ki, vaxtilə redaksiyanı məhkəməyə verəndə vəkilə pul verib, dövlət rüsumu ödəyib… O indi də bunların əvəzlənməsi üçün məhkəməyə müraciət etmək, redaksiyadan əlavə pul almaq eşqinə düşür. Və Yasamal rayon Məhkəməsində iddia qaldırır… Amma məhkəmə bu iddianı qəti şəkildə rədd edir, heç icraata qəbul etmir!
Güləcəksiniz, əvvəlki məhkəmə qərarını molla duası kimi cibində gəzdirən, iş yerində nümayiş etdirən bu qadın (görün o boyda institutu nə yerə qoyub) bu dəfə Yasamal rayon Məhkəməsindən aldığı- rədd edilən iddiasına dair qərardadı isə gizlədir. İndi biz bunu açıb təqdim edirik ki, qoy institutun adına hörmətlə yanaşanlar ona heç olmasa bu dəfə «Dur!» desinlər.

Beləliklə, Yasamal Rayon Məhkəməsi davranışına görə iki dəfə töhmət, iki dəfə İXM sanksiyalı qərar və pul cərimələri qazanan bu qadının iddiasını rədd edir, icraata qəbul etmir… Qadın isə əl çəkmir, həmin qərardan apellyasiya şikayəti verir. Aşağıda həmin qərarın qısa məzmununu təqdim edirik. Oxuyun! Və qoy onun iş yerindəkilər bilsinlər ki, bu qadını yaxşı bir həkimə göstərmək lazımdır, bizcə, onun ciddi psixoloji gərginliyi var, bunu götürmək lazımdır.
Bakı Apellyasiya Məhkəməsinin 15 deykabr 2025-ci il tarixli qərarından sitat:
«Azərbaycan Respublikası adından
Qərardad
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Bakı şəhəri 2(103)-6621/2025, 15.12.2025-ci il İddiaçı Məmmədli Şəhla Rafiq qızının cavabdeh “Təzadlar” Qəzeti Redaksiyasına qarşı“məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal RayonMəhkəməsinin 07.11.2025-ci il tarixli, e-2(004)-6430/2025 nömrəli qərardadından iddiaçıtərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraatqaydasında baxaraq, aşağıdakıları müəyyən etdi:
İddiaçı Məmmədli Şəhla Rafiq qızı cavabdeh “Təzadlar” Qəzeti Redaksiyasına qarşı “məhkəməxərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən1.000 manat hüquqi xidmətə dair çəkdiyi xərcin, 150 manat dövlət rüsumuna görə çəkdiyixərcin, 440 manat apellyasiya və kassasiya şikayətlərini tərtib olunmasına görə vəkilə çəkdiyixərc və hazırda ödədiyi 36 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnaməqəbul edilməsini xahiş etmişdir.
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07.11.2025-ci il tarixli, e-2(004)- 6430/2025 nömrəliqərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir.
İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrəbaxılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.11.2025-ci il tarixliqərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı ApellyasiyaMəhkəməsinə göndərilmişdir.
Hazırda şikayətə Azərbaycan Respublikası MPM–in 10.8-1 və 397.2-ci maddələrinə uyğunolaraq yazılı icraat qaydasında baxılır. Cavabdeh «Təzadlar» qəzetinin redaksiyası şikayətə qarşıyazılı etiraz verərək bildirmişdir ki, şikayət əsassızdır və qanunvericiliyin tələblərinə ziddolduğundan rədd edilməlidir və məhkəmə istinad olunan prossesual normaların tələblərini rəhbərtutaraq düzgün nəticəyə gəlmişdir, qərardadın qüvvədə saxlanılmasını xahiş edir… İş materiallarından görünür ki, iddiaçı Məmmədli Şəhla Rafiq qızının cavabdeh“Təzadlar” Qəzeti Redaksiyasına qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi və mənəvizərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı ŞəhəriYasamal Rayon Məhkəməsinin 24.01.2025-ci il tarixli, e-2(102)-167/2025 nömrəli qətnaməsi iləonun iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı hazırki iddiadatələb etdiyi 1.000 manat hüquqi xidmətlər üçün ödədiyi məbləği də tələb etmiş, lakin həminhissədə iddiası təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsiniiddianın təmin olunmayan hissəsində mübahisələndirsə də, onun apellyasiya şikayəti BakıApellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.05.2025-ci il tarixli, 2(103)-2576/2025 nömrəli qətnaməsi ilə təmin edilməmişdir.
Həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilsə də, onun kassasiya şikayəti AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.08.2025-ci il tarixli, 2(102)-2536/2025 nömrəli qərarı ilə təmin edilməmişdir. 14.Göründüyü kimi, iddiaçının sözügedən tələbinə məhkəmələr tərəfindən mahiyyəti üzrə baxılmış və müvafiq məhkəmə aktları qəbul edilmişdir. Və kassasiya şikayətləri təmin edilmədiyi üçün, həmin şikayətlərin verilməsi üçün ödənilmiş dövlət rüsumları və vəkilin xidmətlərinə görə xərclər isə mülki–prosessual qanunvericiliyin tələbləri baxımından onun özünə aid edilmişdir.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM–nin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
–Şikayət təmin edilməsin.
–Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07.11.2025-ci il tarixli, e-2(004)- 6430/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Məhəmməd Rüstəmli, Fərrux Qasımov, Günay Axundov».

Məhkəmənin eyni prosessual izahı Şəhla Məmmədliyə əvvəlki məhkəmə aktlarında da izah edilmiş, qanunvericiliyin tələbləri artıqlaması ilə ona başa salınmışdır. Amma o başa düşməmiş, yaxud başa düşmək istəməmişdir. Hakimlər kollegiyası da yəqinki bunun səbəbini bilməyiblər. Çünki bu qadın iş yerində elmi fəaliyyətlə məşğul olmalı ikən, həm redaksiyaya qarşı belə qanunsuz və qərəz dolu(bilə–bilə ki, iddiası əsassızdır, məhkəmənin, hakimlərin, redaksiyanın vaxtını alır) fəaliyyətlə məşğuldur, həm də günü məhkəmələrdə, polisdə… keçir. Bizcə, bununbir səbəbi var: bu qadın uzun illərdir bu institutda çalışsa da, Allahın adi bir elmi dərəcəsini belə ala bilməyib. Niyə? Çünki günü məhkəmələrdə, polisdə keçən, ora-bura şikayətlər yazmaqla iş vaxtını belə cəncəl işlərə məsrəfləyən adamın vaxtı hardadır elmi iş yazsın?! Başqa bir gülməli səbəbi də var, bunu növbəti yazıda açıqlayarıq…
Yeri gəlmişkən, Şəhla adlı bu qadının sonuncu iddia ərizəsinə baxırıq, yarımçıq yazıb. Yadımızdadır, o dəfələrlə məhkəməyə ayaq döyürdü, deməli, ayaqqabısının altı ya yeyilib, ya da deşilib. Elə isə iddia tələbinə ayaqqabısının da xərcini salmalı idi, niyə salmayıb, bax bu çox maraqlıdır… İndi xatırlayırıq, məhkəmə prosesi yay vaxtına təsadüf edirdi, institutun işini bir kənara atıb məhkəmə iclaslarına gələndə yolda su da içmişdi, hətta avtobusda tərini silmək üçün yəqinki salfetka, tərə qarşı dezodrant da almışdı, BUS kartına pul yükləmişdi… Bunlar hamısı xərcdir axı, gərək bunları iddia tələbinə yazaydı. Yazsaydı, inanırıq ki, bəlkə də hakimlər bunu görüb yazığı gələrdi və qəzetə beş–on manat cərimə kəsərdi ki, Şəhla Məmmədli xərcə düşüb… Nə isə.
SONDA: bu yazıda sözümüz Şəhla adlı bu qadına yox, onun iş yerini tərk edib məhkəmələrə ayaq açmasına, dedi–qodu məzmunlu müraciətlər yazıb ora–bura göndərməsi ilə institutun adını süni surətdə hallandırmasına şərait yaradanlaradır: bu qadını stressdən, psixoloji vəziyyətdən qurtarın! Oturdun onu iş yerinə, öhdəsinə düşən işini görsün…
«Təzadlar»ın Araşdırma Qrupu