Əsas məzmuna keç

AMEA prezidenti İsa Həbibbəylinin ən gənc müşavirləri görün kimlərdir- SİYAHI

Bütün sahələrdə olduğu kimi, Azərbaycanın elm sahəsindəki idarəetmə sistemində də cavanlaşmaya ehtiyac var. Düzdür, dünyada elmi kəşfləri və ixtiraları olan alimlər var ki, 80-90 yaşında da elmdən kənarda qalmırdılar. Ən sonuncu nümunə- Lütfi Zadə az qala yüz yaşını haqlamışdı… Amma idarəetmədə mütləq mənada cavanlaşma olmalıdır. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli özü başda olmaqla, bütün müşavirləri çox gəncdir… Məsələn, 76 yaşlı İsa Həbibbəyli kadr siyasətində cavanlaşma amilinə xüsusi diqqət yetirir. İsa məllimin müşavirlərinin isə yaşı bunu açıq-aşkar sübuta yetirir, hamısı cavan kadrlardır. Məsələn:
Telman Əliyev -90 yaş;
Yaqub Mahmudov – 86 yaş;
Möhsün Nağısoylu – 79 yaş;
Qərib Məmmədov – 78 yaş;
Adil Qəribov- 75 yaş və sair…
Bu qabaqcıl təcrübəni digər sahələrdə də tətbiq etmək lazımdır. Bu elmimizin inkişafında və təkamülündə böyük rol oynamış olacaq.
A.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…