Ana 2 yaşlı oğlunu qışqırmasın deyə narkotika ilə öldürdü

Çelyabinsk vilayətinin İstintaq Komitəsindən verilən məlumata görə, Miass sakini iki yaşlı oğlunu qışqırmasın deyə narkotika verərək öldürüb.

Tezadlar.az  xəbər verir ki, qadın iki yaşlı uşağa “sakitləşdirmək” üçün mütəmadi olaraq şprisdən istifadə edərək ona qeyri-qanuni maddələr vurub.

“Təqsirləndirilən şəxs azyaşlı uşağını sakitləşdirmək və vaxtaşırı qışqırıqlarından qurtulmaq üçün şpris vasitəsilə oğlunun bədəninə dəfələrlə və qəsdən narkotik vasitə yeridib”, – müstəntiqlər müəyyən ediblər.

Uşağın 31 yaşlı anasına qarşı azyaşlının qətli ilə bağlı cinayət işi açılıb. Qadın dindirilib və həbs edilib. Onun daha üç azyaşlı uşaq böyütdüyü məlum olub.

Xüsusi qurumların uşaqların hansı şəraitdə yaşayıb böyüdüklərinə niyə əhəmiyyət vermədiyi aydınlaşır. Azyaşlının ehtiyatsızlıqdan ölümünə səbəb olan ehtiyatsızlıq faktı üzrə cinayət işinin başlanması məsələsi həll edilir.

ELBAR

Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.