Əsas məzmuna keç

ANA VƏ 3 UŞAĞI DƏRMANDAN ZƏHƏRLƏNİB – MÜƏMMALI HADİSƏNİN SƏBƏBİ ARAŞDIRILIR

Bakıda 4 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən TEZADLAR.AZ-a bildirilib ki, mayın 21-də Sumqayıt şəhərində ana və 3 azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, artıq hadisənin baş vermə səbəbi ilə bağlı bir sıra yerli KİV-də ananın övladlarını və özünü qəsdən zəhərləməsi ilə bağlı iddialar qeyd olunub.

Lakin araşdırmadan sonra əsil həqiqət üzə çıxacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…