Rza Pəhləvinin atasını təxminən yarım əsr əvvəl İrandan qovublar. Düzdür, Şahın yerinə gələnlər də bir düz-əməlli sistem qura bilməyiblər.
Şahzadə Reza Pəhləvini deyirəm… Bu adam uzun illər Qərbdə, Amerikada yaşayıb. Amma və lakin…Bu gerizəkalı bu yaşacan nə Avropa dəyərlərindən, nə dünya sivilizasiyasından bir şey əxz edib. Elə durub-oturub deyir ki, məni atamın əvəzinə İrana Şah təyin edin. Özü də söz verir ki, onun atasının qovulmasında fəal iştirak etmiş türklərlə xüsusi haqq-hesab çürüdəcək.
Onu qızışdırıb bu işə təhrik edən anası Fərəh də demir ki, a bala, sarsaqlama, sən elə türk kökənlisən də…
Ay adam, heç olmasa bir dünyaya bax, soydaşlarına de ki, İranda bir demokratik seçki keçirin, mən də şansımı yoxlamaq üçün o seçkidə iştirak edim, Prezident olmasam da ostandarlıqda, əncümənlikdə-filanda bir iş verin, başımı girələyim.
Beləsinə deyiblər: qanmır ki, qanmır.
Leyla Turan

