Əsas məzmuna keç

ANIM GÜNÜ MÜNASİBƏTİLƏ AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB

Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-də Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumata görə, hər iki nazirliyin və Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri, ANAMA əməkdaşları, şəhid ailələri və müharibədə sağlamlıqlarını itirən vətəndaşlarımızın iştirakı ilə keçirilən tədbirdə 1000-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.

Şəhidlərimizin əziz xatirəsi digər bölgələrimizdə də ağacəkmə tədbirləri ilə anılıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…