27 Aprel 2026 / 20:45

Ankara Universitetinin rektoru Azərbaycan alimləri haqqında paylaşım etdi

NECDET ÜNÜVAR AKADEMİK KAMAL ABDULLA, PROFESSORLAR- RAFİQ ƏLİYEV VƏ MƏSUD ƏFƏNDİYEV İLƏ KEÇİRİLƏN GÖRÜŞÜ ƏLAMƏTDAR HADİSƏ KİMİ QİYMƏTLƏNDİRİB…

Tezadlar.az xatırladır ki, adı çəkilən mərasimdə iştirak və çıxış edən Ankara Universitetinin rektoru professor Necdət Ünüvar bu əlamətdar görüş və müzakirə barədə özünün X (Twitter) ünvanında xüsusi paylaşımlar edib.

https://x.com/necdetunuvar/status/2047711689315897826?s=48

https://x.com/necdetunuvar/status/2048014034662724079?s=48

Görüşdən fotolar da paylaşan rektor N.Ünüvar yazır: “Ankara Universitetində TÖMER-in təşkilatçılığı ilə keçirilən, Azərbaycanla elmi və mədəni əlaqələrimizi gücləndirən “Azərbaycan Kitab Təqdimatı və Akademik Söhbət Proqramı”nda iştirak etdik.

Qeyri-səlis məntiq yanaşmasının dil, din və mədəni mətnlərlə kəsişməsinin müzakirə olunduğu bu proqram çərçivəsində Azərbaycan Dillər Universitetinin rektoru hörmətli professor Kamal Abdullanı və hörmətli Rafiq Əliyevi, ölkəmizin sabiq Milli Təhsil naziri, hörmətli professor Ziya Səlcuqu universitetimizdə qəbul etməkdən məmnunluq duyduq.

Bu əlamətdar görüşün Türkiyə ilə Azərbaycan arasında akademik əməkdaşlığa və birgə elmi fəaliyyətə mühüm töhfələr verəcəyinə inanır, əməyi keçən hər kəsə, həmçinin görüş üçün Dünya Azərbaycanlı Alimlər Dərnəyinin sədri hörmətli Məsud Əfəndiyevə təşəkkürümü bildirirəm”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!