Əsas məzmuna keç

AQTA iki qida əlavəsində təhlükəli maddə aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Malayziya mənşəli bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Laborator müayinələrin nəticələrinə əsasən, “Saffren dietary supplement” (istehsal tarixi: 01.02.2025, son istifadə tarixi: 01.02.2028) və “Spirulina” (istehsal tarixi: 10.01.2025, son istifadə tarixi: 09.01.2028) adlı məhsulların tərkibində istifadəsinə icazə verilməyən sibutramin maddəsi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Həmçinin uyğunsuz məhsulların ixracının dayandırılması məqsədilə Malayziyanın səlahiyyətli qurumuna rəsmi müraciət ünvanlanıb.

AQTA istehlakçılara bioloji aktiv qida əlavələrini yalnız etibarlı satış məntəqələrindən əldə etməyi və məhsulun mənşəyinə, etiket məlumatlarına və təhlükəsizlik göstəricilərinə diqqət yetirməyi tövsiyə edir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…