Əsas məzmuna keç

AQTA sədri Şəkidə vətəndaşları qəbul edəcək

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyulun 10-u saat 10:00-da Şəki şəhər Heydər Əliyev Mərkəzində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Tezadlar.az xəbər verir ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyulun 9-dək qəbula yazıla bilərlər.

Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…