Əsas məzmuna keç

Arda Turan Toral Bayramovu heyətində görmək istəyir

“Qarabağ”ın futbolçusu Toral Bayramov karyerasını ölkə xaricində davam etdirə bilər.

Tezadlar.az xəbər verir ki, Arda Turanın çalışdırdığı “Şaxtyor” onu transfer etməkdə maraqlıdır.

A. Turan 24 yaşlı futbolçuda böyük potensial olduğunu düşünür.

O, Toralı hələ “Eyüpspor”u çalışdırarkən transfer etmək istəyirdi.

Toral son zamanlar “Qarabağ”da əsas heyətə düşməkdə çətinlik çəkir. O, satınalma hüququ ilə birlikdə icarə əsasında Donetsk təmsilçisinə keçə bilər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…