Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Euronews” telekanalında Azərbaycan çayı haqqında hazırlanan reportaj yayımlanıb.
Tezadlar.az xəbər verir ki, Azərbaycanın Belçikadakı səfirliyi süjeti “X” sosial şəbəkə hesabında paylaşıb.
“Azərbaycanda çay sadəcə ənənəvi bir içkidən daha çoxudur; bu, qonaqpərvərlik, dostluq, dialoq və mədəni kimliyin rəmzidir”, – paylaşımda bildirilib və əlavə edilib ki, ənənəvi armudu stəkanlarda şirniyyat və limonla birlikdə təqdim edilən bu içki qonaqların qarşılanmasının və insanları bir araya gətirməyin ayrılmaz hissəsidir.
Qeyd edək ki, 21 may Beynəlxalq Çay Günüdür və süjetin hazırlanması bununla bağlıdır.