Əsas məzmuna keç

“ARTİLLERİYA ATƏŞİNİN USTALARI” QAZAXISTANA GETDİ

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün topçularımız Qazaxıstana səfər edib.

Müdafiə Nazirliyinin saytına istinadən məlumata görə, Qazaxıstanın Almatı şəhərində komandamıza müsabiqənin qaydaları və şərtləri ilə tanışlıq məqsədilə brifinq təqdim olunub.

Qeyd edək ki, müsabiqəyə artilleriyaçılarımız 22 nəfərlik heyətlə qatılacaq.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın