Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan sakinlər yol və kommunal infrastrukturla bağlı problemlərdən narazıdırlar.
Tezadlar.az xəbər verir ki, onların sözlərinə görə, bir sıra küçələrdə asfalt örtüyü yoxdur, işıqlandırma dirəkləri quraşdırılmayıb və bu vəziyyət gündəlik hərəkəti çətinləşdirir. Sakinlər bildirirlər ki, bəzi ərazilərin küçə adları və layihələndirilməsi ilə bağlı da qeyri-müəyyənlik var.
Asfaltsız yollar yağışlı havalarda daha da yararsız hala düşür. Sakinlərin sözlərinə görə, bu səbəbdən taksilər də bəzi küçələrə daxil olmaqda çətinlik çəkir.
Qəsəbədə tullantı problemi də narazılıq doğurur. Yaxınlıqda zibil konteynerlərinin olmaması səbəbindən sakinlər məişət tullantılarını uzağa aparmalı olurlar.
Bundan başqa, köhnəlmiş su xətləri də problemlər yaradır. Sakinlərdən biri borunun partlaması nəticəsində içməli suyun həyətə və zirzəmiyə yayıldığını bildirib.
Sakinlər qeyd edirlər ki, məsələ ilə bağlı bələdiyyə və Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, problemlər hələ də aradan qaldırılmayıb.