Asif Mərzili təklif verdi: “Milli Mətbuatın 150 illiyi Xatirə medalı…”

Prezidentin Fərmanı ilə təsis edilmiş “Milli Mətbuatın 150 illiyi” Xatirə medalının təqdim edilməsi prosesi davam edir… “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili maraqlı təkliflə çıxış edib. Sitat: “…Prezidentin Fərmanı ilə təsis edilmiş “Milli Mətbuatın 150 illiyi” Xatirə medalına gerçəkdən layiq olan jurnalistləri ürəkdən təbrik edirəm… Təklifim də var: ən azı müstəqillik dövrümüzün mətbuat tarixində siyasi-sosial mənsubiyyətindən asılı olmayaraq xüsusi xidmətləri olmuş qələm adamları olub (Nəcəf Nəcəfov və s.), onların bəziləri dünyasını dəyişib. Məncə, Milli Mətbuatın 150 illiyi Xatirə medalı belə insanların adına yazılaraq onların ailəsinə verilə bilər və bu çox böyük dəyər, Milli Mətbuatımızın ustad Zərdabi adına halallığı olardı!”.
ELBAR
Xəbəri paylaş