Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

11 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda lisenziya üçün müraciətlərə baxılıb.
Tezadlar.az bu barədə şuraya istinadən xəbər verir.
Bildirilib ki, təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura “Kinobox” MMC-yə sifarişli yayım xidməti provayderi lisenziyasının (xidmət adı: “Kinobox” olmaqla) verilməsi haqqında qərar qəbul edilib.
İclasda, həmçinin “Mahnı” MMC-nin lisenziya alınması üçün müraciəti müzakirə olunmuşdur. Ərizəçinin sənədlərinə, iqtisadi əsaslandırmasına, habelə texniki və proqram təminatına baxışın nəticələrinə əsasən ona peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: “Mahnı TV” olmaqla) lisenziyasının verilməsi haqqında qərar qəbul olunub.
İclasın sonunda “Aznet Technologies” QSC-nin təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar Audiovizual Şuraya ünvanladığı müraciətə əsasən “Aznet” və “Araznet” operator xidmətləri üçün verilmiş lisenziyaların “Aznet Technologies” MMC-nin adına yenidən rəsmiləşdirilməsi haqqında müvafiq qərarlar qəbul edilib.