24 Fevral 2026 / 15:25

Audiovizual Şura niyə “Sabaha saxlamayaq” proqramında müzkirəyə qatılmaqdan imtina etdi?

Audioviziul Şura son günlər verilişlərdə bayağılığın təbliğ edilməsi ilə bağlı mövzunun müzakirə olunduğu “Sabaha saxlamayaq” proqramına nümayəndə göndərməkdən imtina edib.

Tezadlar.az  xəbər verir ki, bu haqda proqramın aparıcı Vüsalə Məmmədova veriliş zamanı deyib.

“Əməkdaşlarımız Audiovizual Şura ilə əlaqə saxladılar və bu axşamkı müzakirəmizlə bağlı məlumat verdilər. Şuradan studiyamızda qonaq gözləyəcəyimizi dedik. Onlar bu müzakirədə iştirak etmək istəmədiklərini bildirdilər”, – deyə aparıcı bildirib.

Proqramda yer alan müğənni Murad Arif isə “Bizim danışmağımızla heç nə düzələn deyil. Audioviziual Şuradan nümayəndə gəlməyib. Bütün sualların cavabı da bu sükut da, üç nöqtədədir. Bəs, hansı müzakirədə iştirak etməlidirlər? İTV-də olan müzakirələr hərtərəfli olunur, mədəni şəkildə diskusiya aparılır. Ağız deyəni, qulaq eşidir. Bütün medianın, internetin dilində mövzu olan televiziyalardakı biabırçılıqla bağlı müzakirə olan mövzuya görə verilişə nümayəndə göndərilmirsə, kim nə desin?” sözlərini əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!