Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərti açıqlayıb.
Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti” “Reuters” agentliyinə istinadən xəbər verir.
Hipperin sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların ləğvi üçün əsas şərt bütün Rusiya hərbi qüvvələrinin Ukrayna ərazisindən çıxarılmasıdır. O, eyni zamanda vurğulayıb ki, Avropa İttifaqı Rusiya tərəfinin sözlərinə deyil, hərəkətlərinə diqqət yetirəcək.
“Təcrübə göstərir ki, Rusiya sözləri ilə deyil, hərəkətləri ilə qiymətləndirilməlidir. Rusiya həqiqi siyasi iradə nümayiş etdirməlidir”, – o deyib.
Bundan əvvəl Avropa İttifaqı Rusiyanın Qara Dəniz Təşəbbüsünə qayıtmaq üçün şərt olan “Rosselxozbank”a qarşı sanksiyaları ləğv etmək tələbini rədd etmişdi.
ELBAR

