7 Oktyabr 2025 / 08:05

Avropa Parlamenti AK prezidenti fon der Leyeni istefaya çağırıb

“Avropa Naminə Vətənpərvərlər” partiyasından olan parlament üzvü Tierri Marianinin fikrincə, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin istefası Avropanın gücünü və müstəqilliyini bərpa etmək üçün zəruri addımdır.

Tezadlar.az xəbər verir ki, “İzvestiya”ya açıqlamasında siyasətçi onun sərt “yaşıl” siyasətinin Avropa istehsalçılarına mənfi təsir etdiyini iddia edərək, onun rəhbərliyini tənqid edib.

O, həmçinin fon der Leyeni külli miqdarda borc götürməsi və Ukraynadakı münaqişəyə qeyd-şərtsiz dəstəyi ilə Aİ-nin maliyyə sabitliyinə risk yaratmaqda ittiham edib. Mariani vurğulayıb ki, hazırkı prezidentin dövründə AK ayrı-ayrı ölkələrin suverenliyinə qəsd edən ideoloji aparata çevrilib.

Avropa Parlamentinin üzvləri fon der Leyenə etimadsızlıq səsverməsini rədd ediblər.

Onun sözlərinə görə, fon der Leyen yalnız Avropanın, ilk növbədə Vaşinqtondan asılılığını artırıb və Avropa vətəndaşlarının maraqlarını müdafiə etməyi dayandırıb, onun istefasını suveren Avropanın bərpası üçün həyati vacib edib.

Bundan əvvəl almanlar arasında AfD partiyasına dəstəyin rekord həddə çatdığı bildirilirdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!