Avropa Rusiya ilə bağlı taleyüklü seçim qarşısında qalıb

Oxunma sayı: 36

Avropa qitənin gələcəyinin asılı olduğu Rusiya ilə bağlı taleyüklü seçim qarşısındadır.

Tezadlar.az xəbər verir ki, bu barədə “19fortyfive” jurnalı məlumat yayıb.

“Avropa Rusiyaya qarşı barışmaz döyüşkən xarici siyasəti davam etdirmək istəyib-istəməyəcəyinə qərar verməli olacaq ki, bu da qaçılmaz olaraq dəhşətli nəticələrə gətirib çıxaracaq. Başqa variant da var, əgər demokratik Avropa bugünkü Rusiyaya əbədi düşmən kimi baxmaq vəsvəsəsinin öhdəsindən gələ bilsə”, – materialda qeyd edilir.

Qeyd olunur ki, Avropada bir çox ukraynayönlü siyasətçilər ABŞ prezidenti Donald Trampın Ukraynada sülhə nail olmaq kampaniyasını bilərəkdən sabotaj edirlər. Müəllifin fikrincə, Avropa İttifaqı (Aİ) Rusiya Federasiyasına qarşı daha rasional və daha az antaqonist yanaşmaya üstünlük verməlidir, çünki bu, Brüsselə Vaşinqtondan asılı olmayan siyasət yeritməyə, döyüşkənlik və gərginlikdən daha çox vasitəçilik və diplomatiya mərkəzinə çevrilməyə imkan verər.

Bundan əvvəl irlandiyalı jurnalist Chey Bowes Avropanın Trampa qarşı planını açıqlamışdı. Onun sözlərinə görə, Aİ və Böyük Britaniya Tramp administrasiyasının, onun sülh təşəbbüslərinin və NATO-da islahatların aparılması cəhdlərinin “həyatını məhv etmək” istəyir.

ELBAR

Xəbəri paylaş