Ukrayna Silahlı Qüvvələri (USQ) tərəfindən Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) atəşə tutulması bütün Avropa qitəsi üçün təhlükə yaradır.
Tezadlar.az xəbər verir ki, Finlandiyanın “Azadlıq Alyansı” milli-mühafizəkar partiyasının üzvü Armando Mema bu barədə sosial media platformasında bildirib.
“Biz Ukraynaya dəstək veririk və indi o, atom elektrik stansiyalarına məsuliyyətsiz hücumları ilə bütün Avropanı hədələyir”, – siyasətçi bildirib.
Mema Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərini təhlükəli və əsassız adlandırıb. O, nüvə obyektində baş verəcək hər hansı insidentin dağıdıcı nəticələri olacağını vurğulayıb.
E.ŞİRİNOV







