17 Fevral 2025 / 14:44

“Avroviziya 2025″də Azərbaycanı təmsil edəcək qrupun qalib olma şansı ilə bağlı bəd xəbər

“Avroviziya 2025″ə qatılacaq yarışmacılarla bağlı bukmekerlər ilkin təxminlərini açıqlayıblar.


TEZADLAR.AZ  xəbər verir ki, eurovisionworld.com saytında dərc edilmiş ilk proqnozlar belədir:

İlk sırada 14% səslə İsveç qərarlaşıb.

İkinci yerdə Finlandiya (9%)

Üçüncü sırada isə Fransadır (8%).

Bukmeker kontorlarının proqnozlarına görə, Azərbaycanın hazırda qalib olmaq şansı 2 faizdir. Təxminlərə görə, iştirakçılar müsabiqənin qalibləri siyahısında 21-ci yeri tuta bilər.

Qeyd edək ki, “Avroviziya 2025” yarışmasında ölkəmizi “Mamagama” qrupu təmsil edəcək. Ölkəmizin müsabiqə mahnısı mahnı ilə təmsil olunacağı hələlik bəlli deyil. Klip 20-25 fevral tarixləri arasında təqdim ediləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!